Bakıda gənc oğlan sevgilisinin qardaşını bıçaqladı

Bakıda gənc oğlan sevgilisinin qardaşını bıçaqladı, Javid

Hadisə münaqişə zəminində törədilib

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Zalov 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 8-də Sabunçu rayonu ərazisində, həmin ərazidə kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sabunçu Rayon Polis idarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Zalov saxlanılıb.

Məlum olub ki, M.Zalovun bıçaqladığı şəxs qeyri-rəsmi yaşadığı qadının qardaşıdır.

Bakucity.az

Bıçaqlanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər