Bakıda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirildi

Bakıda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirildi

Dilimizin inkişafı və təbliği istiqamətlərindən danışılıb.

Bakucity.az xəbər verir ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfrans olub.

Konfransı İnstitutun direktoru, akademik Möhsün Nağısoylu açaraq 21 fevral Beynəlxalq Ana Dili Gününün tarixi barədə danışıb. 

M.Nağısoylu Azərbaycan dilinin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. İnstitutda dilimizin inkişafı və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən  bəhs edib.

Akademik Nizami Cəfərov qeyd edib ki, dil cəmiyyəti inkişafa apardığı kimi, iflasa da aparır. O buna görə dili mütəmadi redaktə etməyin lazım olduğunu vurğulayıb.

Professor Buludxan Xəlilov isə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ana dilimizlə bağlı imzaladıqları sənədlərin dilimizin inkişafına verdiyi mühüm töhfəsində danışıb. 

Ümumilikdə, ana dilimizin inkişaf mərhələləri ilə bağlı fikirlərini bölüşən alimlər dilimizin saflığının daim qorunmasının və təbliğinin vacibliyini vurğulayıblar.

Konfransda dosent Elşad Abışov “Azərbaycan dilinin inkişaf tarixinə bir baxış”, dosent Füzuli Mustafayev “Azərbaycan dilinin inkişafında kinonun rolu”, elmi işçi Rəxşanə Babazadə “Ana dilinin saflığının qorunması” adlı məruzələrlə çıxış ediblər.

Bakucity.az

Konfrans
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər