"Baku Open" karate turnirinin vaxtı açıqlandı

"Baku Open" karate turnirinin vaxtı açıqlandı

10-cu “Baku Open” beynəlxalq karate turniri Martın 14-də start götürəcək.

Bakucity.az xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Kompleksində dörd gün davam edəcək yarış 2020-ci ildə Bakıda keçiriləcək Avropa çempionatını ərəfəsində test xarakteri daşıyır.

Bütün yaş qrupları arasındakı yubiley turnirində 10-dan artıq ölkə karateçilərinin iştirakı gözlənilir. Turnirin yüksək səviyyədə təşkili üçün Dünya Karate Federasiyasının (WKF) və Avropa Karate Federasiyasının (EKF) mütəxəssisləri ilə birlikdə digər ölkələrdən də beynəlxalq hakimlər dəvət olunub.

Fərdi kata və kumite üzrə yarışın ilk günündə böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparacaqlar. Ertəsi gün 16-17 yaşlı və 21 yaşadək gənclər tatamiyə çıxacaqlar. 17 martda 14-15 yaşlı yeniyetmələr, bazar günü isə 6-13 yaşadək uşaqlar döyüşəcəklər.

Turnirin açılışı 15 mart saat 17:00-da gerçəkləşəcək. Yarışdan bir gün əvvəl, 13 martda isə WKF Hakimlər komitəsinin üzvü və EKF Hakimlər komitəsinin sədri Alois Viesboekin rəhbərliyi ilə beynəlxalq seminar keçiriləcək.

Bakucity.az

Turnir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər