Bakı Musiqi Akademiyasının səhnəsində “Qaratoxmaq qadın” göstəriləcək

Bakı Musiqi Akademiyasının səhnəsində “Qaratoxmaq qadın” göstəriləcək

Çaykovskinin “Qaratoxmaq qadın” operası nümayiş olunacaq.

Bakucity.az xəbər verir ki, martın 8-11-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində olan opera studiyasında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operası nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu dirijoru Xalq artisti, professor Fəxrəddin Kərimov, quruluşcu rejissor Aleksey Smirnov, xormeysteri Xalq artisti Gülbacı İmanova, konsertmeysteri Yuliya Kərimova, quruluşcu rəssamı isə Elena Bodrovadır.

Operada Əməkdar artistlər Fəridə Məmmədova, Anton Ferştandt, Səbinə Əsədova, Adil Axundov və başqaları çıxış edəcək.

Bakucity.az

Qaratoxmaq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər