Konsertdə Süleyman Ələsgərovun sevilən mahnıları səslənib.
Bakucity.az xəbər verir ki, fevralın 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı konsert keçirilib.
“Mədəniyyət” telekanalının təşkilatçılığı ilə gerçəkləşən konsertdə Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Təyyar Bayramov, Tahir İmanov, Ehtiram Hüseynov, Babək Niftəliyev və başqaları çıxış edib.
Konsertdə Süleyman Ələsgərovun musiqisevərlər arasında sevilən “Gözəl Şuşa”, “Gözlə məni”, “Xəyala dalarkən”, “Göy-göl”, “Neylərəm”, “Qarabağ”, “Bilsəm sən gəlirsən” və digər mahnıları, romansları incəsənət ustaları tərəfindən səsləndirilib.
Bakucity.az