Bakıda fortepiano musiqisi gecəsi keçirildi - FOTO

Bakıda fortepiano musiqisi gecəsi keçirildi - FOTO , Javid

Beynəlxalq Muğam Mərkəzində məşhur əsərlər səsləndirilib

Bakucity.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin magistratura pilləsinin məzunları konsert proqramı ilə çıxış edib.

Muğam Mərkəzindən verilən məlumata görə, gecədə Hüseynli Lalə, Abdullazadə Abbas, Şahbazlı Aysel, Əliyev Əmrulla, Mehdizadə Gülşən, Əlizadə Fuad, Cəfərova Aydan, Tağızadə Mahirin ifasında R.Şumanın, F.Listin, A.Məlikovun, F.Şopenin, S. Raxmaninovun, P.Çaykovskinin əsərləri səslənib.

Gənclərin öz istedadlarının nümayişi həmişəki kimi maraqla qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin nümayişi və təbliği məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Bakucity.az

Beynəlxalq Muğam Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər