Bakıda evdə partlayış: bir ailə yandı - FOTO

Bakıda evdə partlayış: bir ailə yandı - FOTO, Javid

2 yaşlı körpənin həyatını xilas etmək mümkün olmayıb

Bakucity.az xəbər verir ki, Binədə, Hövsan südçülük sovxozunda evdə partlayış baş verib.

1994-cü il təvəllüdlü Əliyeva Nargilə yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici məhlul ("rastvoritel") töküb. Nəticədə odun sobası partlayıb və qadının özü, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu aldığı müxtəlif bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

İki yaşlı M.Əliyev isə dünən xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Bakucity.az

Bakıda evdə partlayış: bir ailə yandı - FOTO, fotoşəkil-1
evdə partlayış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər