Gəncəli rəssamların “Xəzinə”si Bakıda nümayiş olunur - FOTO

Gəncəli rəssamların “Xəzinə”si Bakıda nümayiş olunur - FOTO, Javid

Fevralın 20-də Muzey Mərkəzində rəsm sərgisi açılıb

Bakucity.az xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı və Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin dəstəyi ilə reallaşıb.

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Deyib ki, sərginin təşkilində məqsəd Azərbaycan bədii ənənələrini, mədəni irsini, gənc rəssamların bədii inkişafının dəstəklənməsi və formalaşması üçün yaradıcı mühitin yaradılması, bədii yaradıcılığın müxtəlif sahələrində (təsviri və dekorativ-tətbiqi sənət) işləyən gənc, perspektivli rəssamların aşkarlanması, habelə onların dəstəklənməsi, region rəssamlarının bədii yaradıcılığına geniş ictimai marağın cəlb olunmasından ibarətdir.

Bildirib ki, belə sərgilər bölgələrdə yaşayan gənc istedadlı rəssamları daha geniş auditoriyaya tanıtmaq imkanı yaradır: “Gəncədə kifayət qədər potensialı, yaradıcılıq bacarığı olan rəssamlarımız var. Növbəti dəfə bu sərginin Gəncədə də keçirilməsi nəzərdə tutulub”.

Gənc rəssam Məhbarə Abbasovanın kuratoru olduğu sərgi fevralın 25-dək davam edəcək. (AzərTac)

Bakucity.az

Muzey Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər