Bakıdakı küçə heyvanları həqiqətən təhlükəlidirmi? – ARAŞDIRMA

Heyvanlara qarşı niyə qəddar münasibət var?

Son dövrlər Bakıda sahibsiz heyvanların, xüsusilə də itlərin çoxalması bəzi şəhər sakinləri arasında narazılıqlara səbəb olur. Bəzi sakinlər itlərin xüsusilə uşaqlar üçün təhlükəli olmasından gileylənirlər. Bəziləri isə Bakı küçələrində sahibsiz heyvanlara olan qeyri-insani rəftardan narazıdırlar. Onlar xüsusilə itlərin mütəmadi olaraq öldürülmələrinə qarşı çıxırlar. Bütün bu problemlər paytaxtdakı sahibsiz heyvanların təhlükəsizliyi və qorunması məsələlərini aktuallaşdırır. Bakucity.az bu dəfəki araşdırmasında küçə heyvanlarına diqqət ayırıb. Materialı oxucularımıza təqdim edirik.

“Heyvanlar sığınacaqlarda istisna hallarda daimi yaşaya bilərlər”

Bakucity.az ilk olaraq “Heyvanların Müdafiəsi İctimai Birliyi”in sədri Azər Qarayevə suallarını ünvanlayıb. “Maarifləndirmə tədbirləri küçə heyvanlarına münasibəti dəyişibmi?” sualına cavabında Azər bəy son illərdə heyvanlara münasibətin dəyişdiyini, amma bunun kifayət etmədiyini bildirib: 

“Bizim təşkilat 1994-cü ildə fəaliyyətə başlayanda, başqa heç kim rəsmi və ya qeyri-rəsmi şəkildə heyvanları müdafiə etmirdi. Bu gün isə qeydiyyatdan keçmiş bir neçə təşkilat var. Sosial şəbəkələrdə heyvanları müdafiə edən təşəbbüs qrupları, həmçinin öz şəxsi  mülklərində şikəst və sahibsiz heyvanlar üçün sığınacaq yaradanlar var. Bütün bunlar əvvəlki illərlə müqayisədə cəmiyyətdə heyvanlara qarşı münasibətin yaxşılaşdığını göstərir, amma təəssüflər olsun ki, görülən işlərə baxmayaraq, hərdən mənfi hallarla da rastlaşırıq. Deməli, görülən işlər hələ kifayət deyil. Düzdür, bütün dünyada küçə heyvanlarına münasibətdə cəmiyyətdə müxtəlif cür münasibət var, amma inkişaf etmiş ölkələrdə heyvanlara qarşı neqativ münasibət bəsləyənlər azlıq təşkil edir. Bəzən heyvanların sığınacaqlara göndərilməli olduğu deyilir, amma sığınacaq sahibsiz heyvanların daimi yaşayış yeri ola bilməz. Adı üstündə - sığınacaqdır... Sığınacaqda sahibsiz heyvanlar qısırlaşdırılmalı, axtalanmalı, xəstə və zədəli olanları isə müalicə olunub öz yerlərinə buraxılmalıdırlar. Heyvanlar sığınacaqlarda istisna hallarda daimi yaşaya bilərlər”. 

“Böyüklər uşaqlarda itlərə qarşı fobiya yaradırlar”

Azər bəyin bildirdiyinə görə, şəhərdə hələ də itlərin öldürülməsi halları müşahidə olunur:

“Öldürülən itlər arasında hətta sterilizasiya edilmiş, birkalanmış və axtalanmış olanları da görürük. Bu hal ona görə davam edir ki, aidiyyatlı orqanlar məsələyə heç bir reaksiya göstərmirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində heyvanları öldürənlər 500 manata qədər  cərimələnməlidirlər, amma yalnız böyük rezenans doğuran hadisələr sosial şəbəkələrdə, hətta xarici mətbuatda yayımlananda tədbirlər görülür. Cərimələr və cəzalar qanun çərçivəsində şiddətlənməsə, prosesi dayandıra bilməyəcəyik. Dəfələrlə təklif etmişəm, bəzi millət vəkillərimiz də mənimlə həmfikir olub, bu məsələ İnzibati Xətalardan Cinayət Məcəlləsinə keçirilməlidir, çünki heyvanlara qarşı qəddarlıq son məqamda insanlara tərəf çevrilir. Bəzən heyvanların öldürülməsini quduzluqla əlaqələndirirlər. Deyirlər ki, onlar insanlara hücum edir və s. Bu tamamilə absurd iddiadır. Azərbaycanın adı quduzluq epidemiyası olan ölkələrin siyahısında yoxdur. Hər hürən itin və ya biraz aqressiya göstərən heyvanın quduz olmasını düşünmək və onu öldürmək cəhalətdən, qəddarlıqdan başqa bir şey deyil”. 

Azər Qarayev sonda üzünü valideynlərə tutub və qeyd edib ki, valideynlər uşaqlarında körpəlikdən heyvanlara, xüsusilə də itlərə qarşı fobiya yaradırlar, bu isə düzgün deyil. Uşaqlara itlərin təhlükəli olduğunu yox, onlarla yaxşı münasibət bəslədikləri halda dost ola biləcəklərini, eyni cəmiyyəti paylaşa və birlikdə yaşaya biləcəklərini aşılamaq lazımdır. Belə olsa, uşaqlar böyüyəndə heyvanlarla yanaşı, ətraf mühitə qarşı da yaxşı münasibət sərgiləyəcəklər. 

“İt hürərkən yemək istəyir, parçalamaq yox”

Heyvanların müdafiəsi sahəsində könüllü kimi çalışan İlhamə Nəsirova saytımıza açıqlamasında bildirib ki, artıq bir neçə sahibsiz və şikəst küçə itini xaricə göndərib:

“Hardasa maşınla vurulmuş və ya müxtəlif qəddarlıqlara uğramış heyvan barədə məlumat alanda, könüllülərə xəbər veririk. Kim o heyvana tez çatırsa, klinikaya aparır və müalicə etdirir.  Sağ qalanlar üçün zəruri nə lazımdırsa hər şey edirik ki, yaşasınlar. Sahibləndirdiyimiz heyvanlar da olur. Mən özüm son vaxtlar 2 iti italyan rəfiqəmin köməkliyi ilə İtaliyaya göndərmişəm və onları orada sahibləndirmişik. Növbəti xilas etdiyim it üçün İtaliyadan cavab gözləyirəm, onu da göndərəcəyəm. Təbii ki, heyvanların dili, ünsiyyət vasitələri, mimikaları insanlarla eyni deyil, onların da öz komunnikasiya vasitələri var. İt hürərək danışır, sizdən ya su, ya yemək istəyir.  Hətta o, oynamaq istəyəndə belə, üstünüzə qaçıb hürə bilər, bu, onun sizi parçalamaq mənasına gəlmir. Heyvanların daimi yaşayış yeri təbiət, küçə və açıq havadır. Bu hüququ onların əlindən heç kim ala bilməz. Sadəcə biz insan olaraq, bu hüquqdan bizimlə birlikdə yararlanmaları üçün onlara lazım olan şəraiti yaratmalı, mühiti verməliyik. Belə olarsa, nə təhlükə yaranar, nə də o təhlükənin qarşısının alınmasına ehtiyac qalar”. 

Bakıda fəaliyyət göstərən heyvanlara qayğı mərkəzləri

Dünyada heyvanların hüquqlarının qorunmasına ötən əsrin 70-ci illərindən xüsusi diqqət yetirilir. Bir çox Avropa ölkələrində heyvanların hüquqlarını müdafiə edən sərt qanunlar mövcuddur. Məsələn, Avstriyada itlərə qəddar rəftar edən şəxs sərt cəzalandırılır və o, təqribən 15 min dollar cərimə ödəməli olur. İtaliyada it və pişiyi küçəyə atan şəxsləri ən yaxşı halda 10 min avro cərimə, cərimə ödənilmədikdə isə 1 illik həbs cəzası gözləyir. Almaniyada küçə heyvanlarının video çəkilişlərdə əziyyətə məruz qalınmasına qanunla icazə verilmir. 

Son dövlər ölkəmizdə də sahibsiz heyvanların müdafiəsi istiqamətində işlər genişlənib. Hazırda Bakıda “IDEA” Heyvanlara Qayğı Mərkəzi (IACC), “Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi və Baytar Klinika” (AARC), “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi, “BARS Sahibsiz Heyvanlara Qayğı" İctimai Birliyi, “ALYANCE Canlı Aləmin Mühafizəsi” birliyi kimi təşkilatlar fəaliyyət göstərir və heyvanların müdafiəsi istiqamətində maarifləndirmə tədbirləri həyata keçirirlər.

Heyvan müdafiəçiləri paytaxt sakinlərinin də bu prosesə daha çox cəlb olunmasını arzu edirlər. Çünki insanlarla birgə heyvanların da yaşamaq və açıq havada azad şəkildə gəzmək hüquqları var. 

Ramilə Qardaşxanqızı 

BakuCity.az

küçə heyvanları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Qardaşı tutulub Ötən gecə Bakının Nərimanov rayonunda öldürülən daxili işlər orqanlarının 31 yaşlı zabiti Anar Ramazanov Polis Akademiyasının kursantı olub. BakuCity.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib. Anar Ramazanovun qətlində şübhəli bilinən qardaşı 28 yaşlı Araz Ramazanov tutulub. İstintaq zamanı məlum olub ki, Anar Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsində sürücü işləyib, eyni zamanda, Polis Akademi...
Ekologiya
Səhər duman, çiskin olacaq Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralda 26-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti ola...
Cəmiyyət
Azərbaycan Televiziyası Novruz bayramına həsr olunmuş telelayihə hazırlayır Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur. BakuCity.az xəbər verir ki, bu çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyu...
Cəmiyyət
"Bu məsələdə ölkələrdən asılı olaraq fərdi yanaşma yoxdur" Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gündəlik Bakı-Dubay-Bakı aviareyslərini həyata keçirən “Fly Dubai” şirkətinin təyyarələrində erməni filmi - “Spitak” nümayiş etdirilir. BakuCity.az-ın məlumatına görə, bu barədə “Report”a Dubaydan Bakıya uçan təyyarənin sərnişinlərindən biri bildirib. Sərnişin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı münaqişənin davam etdiyi şəraitdə belə hala rast...
Hadisələr
Təmirsiz otaqlardan birində yanğın baş verib Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın olub. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Ayaz İsmayılov küçəsi, 69A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın uşaq bağçası və müxtəlif obyektlərin yerləşdiyi ikinci mərtəbəsindəki təmirsiz otaqlardan birində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmə...
Hadisələr
Gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər Bu gün səhər saatlarında Bakı bulvarında dəhşətli hadisə baş verib. BakuCity.az Publika.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazı...
Cəmiyyət
Alternativ yollardan keçəcəklər Bakıda 7 marşrut xəttinin hərəkəti dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək. Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönlən...
Cəmiyyət
Qaliblər kinoteatrlara bilet qazanacaqlar BakuCity.az bu gündən yeni fotomüsabiqə elan edir. Müsabiqənin mövzusu qarşıdan gələn Novruz bayramıdır. Şərtlərə əsasən, hər kəs Novruz bayramı ilə bağlı ən çox 3 fotonu [email protected] elektron ünvanına göndərməlidir. Hər kəs yalnız müəllifi olduğu fotoları göndərə bilər. Səsvermənin nəticələri martın 16-da açıqlanacaq. Qaliblər (ilk 3 yeri tutanlar) Bakıdakı kinoteatrlara bilet qazanacaqlar. BakuCity.az
Cəmiyyət
"Dedilər, hər evdən 3 manat yığırıq, ver" Dünyanı qorxuya salan koronavirus təhlükəsi artıq ölkəmizə də gəlib çıxıb. Amma bu dəfə virus özü yox, bundan istifadə edən işbazlar peyda olub. BakuCity.az xəbər verir ki, ARB TV-nin “Günə doğru” verilişində koronavirus fırıldaqçıları ilə bağlı süjet yayımlanıb. Belə ki, naməlum şəxs və ya şəxslər şəhərin müxtəlif ünvanlarında qapı-qapı düşərək insanlardan pul tələb edirlər. Bu pul müqabilində onların mənzillərini...