Opera və Balet Teatrında bir gündə iki səhnə əsəri göstərildi

 Opera və Balet Teatrında  bir gündə iki səhnə əsəri göstərildi, Javid

Hər iki balet maraqla qarşılanıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi bir gündə iki səhnə əsəri ilə baletsevərlərin görüşünə gəlib.

Teatrdan bildirilib ki, əvvəlcə sənət ocağının səhnəsində Sergey Prokofyevin “Tamahlar” birpərdəli baleti təqdim olunub. Baletin quruluşçu baletmeysteri fransalı xoreoqraf Allen Amberdir.

Səhnə əsərində aparıcı solistlər Gülağası Mirzəyev, Makar Ferştadnt, Nigar İbrahimova, Elmira Süleymanova, Ayan Eyvazova, Timur Oduşev, Faiq Qubadov, Leyla Narimanidze və Dilarə Mehdiyeva iştirak edib.

Bundan başqa, teatrın səhnəsində Dmitri Şostakoviçin “Xanım və Xuliqan” birpərdəli baleti izlənilib. Quruluşçu baletmeysteri Sergey Moxnaçev olan baletdə Xanım obrazını Cəmilə Kərimova, Xuliqanı isə Anar Mikayılov canlandırıb.

Xronometrajları 35 dəqiqə olan hər iki səhnə əsəri Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə olunub. Aktyorların məharətli çıxışı səhnə əsərlərini daha baxımlı edib, hər iki balet maraqla qarşılanıb.

Bakucity.az 

Dövlət Akademik Opera və Balet Teatrı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər