Bakının bu hissəsindəki evlər söküləcək

Bakının bu hissəsindəki evlər söküləcək, Javid

Bəzi ev sahiblərinə kompensasiya verilməyəcək

Bakucity.az xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında yerləşən 98 ev söküləcək.

Taxın müddətdə bununla bağlı müvafiq qərar qəbul ediləcəyi gözlənilir. Hazırda Nazirlər Kabineti və Səbail Rayon İcra Hakimiyyəti qərar layihəsi üzərində iş aparır.

Söküləcək evlərdən 71-nin sahibinə kompensasiya verilməsi planlaşdırılır. Digər 27 evin isə məcburi köçkünlərə məxsus olduğu əsas gətirilərək onlara kompensasiya ödənilməyəcəyi, dövlətin məcburi köçkünlər üçün tikdiyi evlərdə yerləşdiriləcəyi bildirilib.

Məcburi köçkünlər isə həmin evlərin onların mülkü olduğunu əsas gətirərək kompensasiya verilməsini istəyirlər. Onlar bu məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də müraciət edib.

Xatırladaq ki, 2018-ci ilin yanvar ayının sonuncu ongünlüyündən etibarən Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik başlayıb, növbəti günlərdə bir neçə ev dağılıb. Bayıl yaşayış massivində baş vermiş sürüşmə hadisəsi ilə əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. (Report)

Bakucity.az 

Bayıl sürüşmə zonası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər