“Bakı Gəmiqayırma Zavodu”nda iki tanker inşa olunacaq

 “Bakı Gəmiqayırma Zavodu”nda iki tanker inşa olunacaq

70-dən çox gəminin alınması və Bakı Gəmiqayırma Zavodunda tikintisi planlaşdırılır.

Bakucity.az xəbər verir ki, “Bakı Gəmiqayırma Zavodu”nda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün daha iki tankerin inşası gözlənilir.

Bununla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında yeni müqavilə də imzalanıb.

ASCO donanmasının yenilənməsi planı çərçivəsində növbəti 10 ildə 70-dən çox gəminin alınması və Bakı Gəmiqayırma Zavodunda tikintisi planlaşdırılır. Bu gəmilərə tanker, quru yük, bərə, kran, sərnişin, dalğıc, təchizat-yedək, yedək, yangınsöndürən, torpaqqazan, dibdərinləşdirən gəmiləri daxildir.

Hazırda ASCO üçün Gəmiqayırma Zavodunda 2 RCT12C tipli yeni nəsil tanker, 2 unikal "Ro-Pax" tipli (CNF- 18C) gəmi-bərə tikilir. Gəmilərin inşası qrafikə uyğun davam etdirilir və onların 2020-ci ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulub.

Bakucity.az

Gəmi alınması
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər