“Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisi açılacaq.
Bakucity.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə fevralın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisi açılacaq.
Kitabxanadan alınan məlumata görə, sərgi çərçivəsində Ulduz Qasımın “Xocalı şikəstəsi” adlı kitabının təqdimatı da planlaşdırılır.
Bakucity.az