Bakıda İtalyan dilini öyrənənlər üçün azərbaycanca ilk dərslik yayımlandı

Bakıda İtalyan dilini öyrənənlər üçün azərbaycanca ilk dərslik yayımlandı

Azərbaycan dilində ilk dəfə italyan dilini öyrənənlər üçün dərslik nəşr olunub.

Bakucity.az xəbər verir ki, “İtalyan dili, addım-addım” kitabı Azərbaycan dilində nəşr olunmuş ilk dərslik kitabıdır. Kitabın müəllifi Ləman İsmayılovadır.

21 bölmədən ibarət olan dərslik, əsasən italyan dilini və qrammatikasını sərbəst şəkildə Azərbaycan dili ilə müqayisə edərək öyrənmək istəyənlər üçün nəzərdə tutulub.

Kitabın nəşr olunmasında əsas məqsəd Azərbaycandilli oxuculara italyan dilində oxumaq, anlamaq və yazmağı öyrətmək, eyni zamanda onlara italyan xalqının mədəniyyəti, tarixi, məişəti barədə məlumat çatdırmaqdır.

Azərbaycan Dillər Universitetinin “Tərcümə” fakültəsinin “İtalyan dili” kafedrasında bakalavr və magistr pillələri üzrə təhsil almış müəllif 1989-cu ildə Bakıda anadan olub. 

Bakucity.az

İlk nəşr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər