Bakıda “Xoşbəxt et, Xoşbəxt ol” adlı xeyriyyə konserti keçirildi

Bakıda “Xoşbəxt et, Xoşbəxt ol” adlı xeyriyyə konserti keçirildi

Tədbirdə BANM tələbələri ilə yanaşı, digər universitetlərin tələbələri də iştirak edib.

Bakucity.az xəbər verir ki, Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin bir qrup tələbəsinin təşəbbüsü ilə “Xoşbəxt et, Xoşbəxt ol” (“Make happy, Be happy”) adlı xeyriyyə konserti keçirilib.

Konsertdən öncə isə Ali Məktəbin Tələbə Gənclər Təşkilatının ərsəyə gətirdiyi xeyriyyə sərgisi təşkil edilib. Sərgidə kitablar, əksəriyyəti tələbələrin əl işlərindən ibarət rəsm əsərləri və suvenirlər satışa çıxarılıb.

Layihənin məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara tələbələrin diqqətini artırmaq və tələbələrin onlara maddi və mənəvi dəstəyini real şəkildə göstərməkdən ibarətdir. 

Bakucity.az

“Xoşbəxt et Xoşbəxt ol”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər