Bakıda gənc nişanı günü ağır qəzaya düşdü - VİDEO

Bakıda gənc nişanı günü ağır qəzaya düşdü - VİDEO, Javid

Avtomobil daş maneəyə çırpılıb

Bakucity.az xəbər verir ki, ötən gecə gec saatlarda Suraxanı rayonu, Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Metronun “Əhmədli” stansiyasından Hövsana bir manata sərnişin daşıyan taksi qəzaya düşüb.

Yaralıların yaxınlarının dediyinə görə, taksi sürücüsünün qarşısına yolun əks istiqamətində hərəkət edən avtomobil çıxıb.

Sürücü avtomobili qəzadan yayındırsa da, maşın yolun kənarında olan daş maneəyə çırpılıb.

Nəticədə, avtomobildə olan dörd nəfərdən ikisi - 1990-cı il təvəllüdlü Novruzov Əli Hüseynağa oğlu və 1997-ci il təvəllüdlü Abdunzadə Abdun Coşqun oğlu ağır xəsarət alıb.

Yaralılar Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hər iki xəstəyə kəllə-beyin travması diaqnozu qoyulub. A.Abdunzadənin vəziyyəti orta-ağır, Ə.Novruzovun vəziyyəti isə ağırdır.

Həmçinin qeyd edilir ki, Novruzov Əlinin dünən nişanı olub. 

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər