Bakıda “Manqurt” nümayiş ediləcək

Bakıda “Manqurt” nümayiş ediləcək

Çingiz Aytmatovun ölməz əsəri Bakı səhnəsində

Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunacaq.

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edəcək.

Bakucity.az

Azdram
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər