Sürücülərin nəzərinə - Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır

Sürücülərin nəzərinə - Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır, Javid

Dövlət Agentliyi sürücülərə müraciət edib

Bakucity.az xəbər verir ki, aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Səməd bəy Mehmandarov prospektində dəmir yolu stansiyasından Sabunçu Rayon İcra Hakimiyyətinə doğru olan istiqamətdə hərəkət qısa müddətə məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq əks istiqamət üzrə ikitərəfli olmaqla təmin olunacaq.

“Müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik”, deyə məlumatda qeyd olunub. 

Bakucity.az

Avtomobil Yolları Dövlət Agentliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər