Bakının qəsəbədaxili yolları təmir ediləcək

Bakının qəsəbədaxili yolları təmir ediləcək, Javid

Bərbad vəziyyətdə olan yolların yenidən qurulacaq

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının qəsəbədaxili yollarının təmirini planlaşdırır".

Bunu jurnalistlərə açıqlamasında qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

“İndi paytaxtın Xəzər, Binəqədi, Sabunçu, Xətai, Qaradağ, Nəsimi rayonlarının ərazisində bərbad vəziyyətdə olan yolların yenidən qurulması nəzərə alınıb. Həmin yollar üzərində yeraltı və yerüstü piyada keçidlərinin inşası bu il başa çatdırılacaq. Gələcək planlarımızda da qəsəbədaxili və məhəllələrarası yolların yenidən təmir olunması da var”, - o bildirib.  (Report)

Bakucity.az

yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər