Təhsil naziri Bakı məktəbində şagirdlərlə rəsm çəkdi - FOTO

Təhsil naziri Bakı məktəbində şagirdlərlə rəsm çəkdi - FOTO, Javid

Ceyhun Bayramov şagirdlərlə rəsm çəkdi

Bakucity.az xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə Ticarət Elçisi Baronessa Emma Nikolsonla görüşüb.

Bakı şəhəri 23 nömrəli məktəbdə baş tutan görüşdə maraqlı anlar yaşanıb. Belə ki, nazir şagirdlərlə birgə qrup tapşırığını yerinə yetirib və xanım elçiylə birgə Novruz bayramının adət-ənənələrini əks etdirən rəsm çəkib.

Şəkərbura, paxlava, bayram ənənələri Baronessa Emma Nikolsonun marağını cəlb edib.

Bakucity.az

Ceyhun Bayramov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər