Bakıda daha bir avtobusda pulsuz "Wi-Fi" xidməti olacaq - bakucity.az

Bakıda daha bir avtobusda pulsuz "Wi-Fi" xidməti olacaq

Bu avtobuslarda pulsuz "Wi-Fi" xidməti işə salınıb

Bakucity.az xəbər verib ki, "Xaliq Faiqoğlu" MMC 85 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda pulsuz "Wi-Fi" xidmətini işə salıb.

Hazırda 18 saylı marşrut xətt avtobuslarında da sərnişinlərə pulsuz "Wi-Fi" xidməti göstərilir. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər. Beləliklə, pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 50-yə çatdırılıb.

Yaxın günlərdə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və “BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də "Wi-Fi" cihazları quraşdırılacaq.

Şirkətə məxsus olan hər hansı avtobusda pulsuz "Wi-Fi "xidmətinə qoşulmuş şəxslər MMC-nin istismarında olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.

Qeyd edək ki, "Xaliq Faiqoğlu" Bakı ərazisində sərnişindaşıma ilə məşğuldur. Şirkətin nəqliyyat parkı 14 marşrut xətti üzrə hərəkət edən 300 avtobusdan ibarətdir. (Trend)

Bakucity.az

"Xaliq Faiqoğlu" MMC
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
5 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Paytaxtın bəzi ərazilərdə suyun verilişində fasilələr olacaq Bakucity.az xəbər verir ki, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar sabah Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyib. Bakucity.az
Hadisələr
Nərimanov rayonunda yol qəzası baş verib Bakucity.az xəbər verir ki, Şəmsi Rəhimov küçəsində “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub.  Hadisədən sonra “Mersedes” yol kənarındakı işıq dirəyinə çırpılıb. (Oxu.az) Bakucity.az
Hadisələr
Paytaxtda sürücü uşaqları avtomobilin yük yerində daşıyıb Bakucity.az xəbər verir ki, Balaxanı-Binəqədi yolunda hərkət edən "90 KJ 378" dövlət qeydiyyatı nişanlı “Daweoo Damas” markalı avtomobilin yük yerində azyaşlıların daşınması böyük narazılıqla qarşılanıb. Avtomobilin heç bir təhlükəsizlik qaydalarına riayət olunmadan idarə olunması ilə sərnişinlərin həyatı təhlükəyə atılıb. (Report) Bakucity.az
Biznes
Paytaxda satılan ZAZ (“Zaparojest”) markalı avtomobil böyük marağa səbəb olub Bakucity.az xəbər verir ki, 1984-cü il istehsalı olan qızılı rəngdəki "Zaparojest"in qiyməti 8 min manatdır.  Mexaniki sürət qutusuna malik avtomobilin əsas özəlliyi çox az sürülməsidir. Avtomobil əla vəziyyətdədir, heç bir problemi yoxdur.  Avtomobil haqda daha ətraflı məlumat almaq istəyənlər bu linkə daxil ola bilərlər: https://www.bakucity.az/auto/801 Bakucity.az
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Bakucity.az xəbər verir ki, iyulun 18-də Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olaca...
Hadisələr
Hadisə yerinə təcili yardım maşınları cəlb olunub Bakucity.az xəbər verir ki, “Meyvəli” meyvə və tərəvəzlərin topdan və pərakəndə satış bazarında kütləvi zəhərlənmə olub. Səhiyyə Nazirliyindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10.14 daxil olub.  Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) çatdırıblar. Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili T...
Hadisələr
Paytaxtda yol qəzası baş verib Bakucity.az xəbər verir ki, hadisə Statistika dairəsi yaxınlığında, Nəriman Nərimanov küçəsində qeydə alınıb.  Qeyd edək ki, avtomobillərdən biri özəl şirkətə məxsus olub. (Trend) Bakucity.az
Cəmiyyət
Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi qadağandır Bakucity.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edib.  Müraciətdə qeyd edilib ki, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Festi...
Hadisələr
Yol polisi süni tıxacla şübhəlilərin qaçmasına mane olub Bakucity.az xəbər verir ki, iyunun 7-də Bakıda güllələnən kriminal aləmin üzvü Mübariz Budaqlını qətlə yetirənlərin tutulma anı polisin nəzarət kamerasına düşüb. Görüntüdə yol polisləri tərəfindən təqib olunan şübhəli şəxslər – Taleh Cəlalov və Vüsal Hüseynovun saxlanılma yer alıb.  Həmin görünütləri təqdim edirik: (Qafqazinfo.az) Bakucity.az