Bakının geyim bazarı: satılan paltar brendləri həqiqidirmi? – AÇIQLAMA - bakucity.az

Bakının geyim bazarı: satılan paltar brendləri həqiqidirmi? – AÇIQLAMA

Bakıya geyim məhsulları ən çox hansı ölkələrdən gətirilir?

Bakıda demək olar ki, hər markada paltar tapmaq mümkündür. Şəhərin vitrinlərini yerli və xarici brendlər bəzəyir, amma bu paltarların keyfiyyəti ilə bağlı tez-tez suallar yaranır.  Bu geyimlər hansı ölkələrdən gətirilir, geyimlərin keyfiyyət göstəricisi nədir, ölkədə tekstil sənayesinin inkişafı nə yerdədir kimi suallar bir çoxlarını maraqlandırır.  Bakucity.az bu sualların cavablarını tapmaq üçün iqtisadçı-ekspert Vüqar Bayramovla söhbətləşib. Materialı oxucularımıza təqdim edirik.

Bakıya geyimlər daha çox Çin və Türkiyədən gətirilir 

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, Azərbaycanda yüngül məhsullara olan təlabatın ödənilməsində daha çox idxala üstünlük verilir. Bu məhsullar paytaxta müxtəlif ölkələrdən gətirilir:

“Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəyə il ərzində 400 milyon dollarlıq yüngül sənaye məhsulları idxal edilir ki, bunun da böyük bir qismi məhz geyim məhsullarından ibarətdir. Geyimlər daha çox Çin və Türkiyədən gətirilir. Çin Xalq Respublikası geyim məhsullarının idxalında Azərbaycan üçün əsas tərəfdaş rolunu qoruyub saxlayır. Bununla belə, Avropa ölkələrindən də Azərbaycana geyim məhsullarının idxalı həyata keçirilir. Bu ölkələrin sırasında İtaliya birincidir. Mərkəzi Şərqi Avropa ölkələrindən də Azərbaycana geyim məhsulları gətirilir. Bakıya Avropa və Asiya ölkələrindən, bəzi hallarda isə ABŞ-dan 2-ci əl geyimlər də gətirilir və ucuz qiymətə satılır. İnkişaf etmiş ölkələrdə əsas məqsəd həmin məhsulların ölkədən ixracatına nail olmaqdır. Cəmiyyətdə bu geyimlərə marağın azalmasına baxmayaraq, sahibkarlar onların ölkəyə keçirilməsinə nail olurlar. Həmin məhsulların keyfiyyəti ilə bağlı isə ciddi narahatçılıqlar var".

Ekspert qeyd edib ki, geyim məhsullarının Çindən gətirilməsi az xərc tələb edir və ucuz başa gəlir:

“Eyni zamanda və çox təəssüf ki, azərbaycanlı iş adamları tərəfindən adətən Çindən aşağıkeyfiyyətli geyim məhsullarının idxalı həyata keçirilir. Bu da istehlak bazarında Çin Xalq Respublikasının məhsullarına inamsızlığın yaranmasına gətirib çıxarır". 

Türkiyədən gətirilən geyimlər orta keyfiyyətlidir

İstehlakçılar orta keyfiyyətli mal axtaranda, Türkiyədə istehsal edilən məhsullara üz tuturlar, – V. Bayramov fikrinə davam edib: Türkiyədən idxal edilən məhsulların qiyməti nisbətən baha olsa da, təbii ki, keyfiyyət baxımından Azərbaycanın istehlak bazarında Çin məhsullarından daha üstün hesab olunur. 

"Avropadan gətirilən və xüsusilə də İtaliyadan birbaşa idxal edilən geyim məhsulları daha keyfiyyətli hesab olunur və onların qiyməti daha yüksəkdir. Nəticədə Avropa ölkəyə daha keyfiyyətli və eyni zamanda daha qiymətli məhsulların idxalını həyata keçirir", - deyəb ekspert bildirib.  

Yerli sexlərdə tikilən paltarlar xarici marka adı ilə satılır

Vüqar Bayramov Bakıda tekstil sənayesinin inkişafı barədə də fikirlərini açıqlayıb. Onun sözlərinə görə, yerli istehsal daha çox ənənəvi məhsul istehsalı üzərində formalaşıb:

“Bu, məktəb, hərbi və müxtəlif geyim dəstləridir. Gündəlik istifadə olunan geyimlər və ya dünya bazarına çıxarılacaq geyim məhsulları isə bizdə hələlik istehsal olunmur. Qeyri-leqal olaraq bəzi geyim  və ayaqqabı məhsullarının yerli sexlərdə istehsalı təşkil edilir. Hətta bəzi hallarda yerli saxta məhsullar Türkiyə, Çin, hətta bəzən İtaliya malı adı ilə bazara çıxarılır. Bu, gizlin iqtisadiyyatın təzahürü kimi xarakerizə oluna bilər. Amma ölkə prezidenti 2018-ci ildə keçirilən müşavirədə gizlin iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi ilə bağlı öz tövsiyyə və tapşırıqlarını verdi. Bu baxımdan da vergi məcəlləsinə edilən dəyişikliklər kölgə iqtisadiyyatda dövriyyənin azalmasına gətirib çıxaracaq. Belə olduğu halda gözlənilir ki, saxta mal və brend adı ilə bazara daxil olunan məhsulların növbəti illərdə sayının azalması müşahidə olunacaq". 

Yerli istehsalın potensialı böyükdür

Ekspert sonda yerli məhsulların istehsalını leqallaşdırmağı təklif edib:

“Nəzərə alsaq ki, pambıq istehsalının artımı yerli istehsal üsullu xam mal bazasını formalaşdırır, deməli, sahibkarların yerli geyim məhsullarının istehsalı üzrə ixtisaslaşdırılması vacibdir. Bazarda tələbin yüksək olması sahibkarlar üçün əlverişlidir. Yerli istehsal bir tərəfdən sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına, məşğulluğun artırılmasına, büdcəyə daha çox vəsaitin ödənilməsinə gətirib çıxarar, digər tərəfdən idxaldan asılılığın aradan qaldırılması ilə valyutanın ölkədə qalmasına səbəb ola bilər. Bu baxımdan idxalın həcmini və bazarın miqyasını nəzərə alsaq, Azərbaycanda geyim məhsullarının istehsalı üzrə yerli istehsalın təşkil edilməsi potensialı kifayət qədər böyükdür. Dövlətin bu sahəyə dəstəyini nəzərə alanda, sahibkarların bu sektorda daha fəal olması məqsədəuyğundur”. 

Ramilə Qardaxanqızı

Bakucity.az

Geyim markaları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
576 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Kriminal
O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib Bakucity.az xəbər verir ki, Yasamal rayonu ərazisində azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Verilən məlumata görə, zərərçəkənin valideynləri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə məlumat verərək bildiriblər ki, tanımadıqları şəxs onların övladlarına yaxınlaşaraq əlində olan 5 manat pulu soyğunçuluq yolu ilə alıb. Bölmə əməkdaşlarınını həyata keçirdikləri əməliyyat nəticəsind...
Hadisələr
Paytaxtda qayda pozan sürücünün görüntüləri yayılıb Bakucity.az xəbər verir ki, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi ilə hərəkət edən 99 LP 055 dövlət qeydiyyat nişanlı, “Land Cruiser” markalı avtomobilin sürücüsü piyadaların keçməsinə baxmayaraq, hərəkəti davam etdirib və buradan keçən qadını vurub. Qadının son anda dayanması onu ölümdən xilas edib. Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ bar...
Cəmiyyət
Sürücülərdən diqqətli olmaları tələb edilir Bakucity.az xəbər verir ki, Bakıda keçirilən Avropa Gənclərin Yay Olimpiya Festivalı ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək. Velosiped yarışlarının keçirilməsi ilə əlaqədar olaraq iyulun 23-də səhər saat 09:00-dan 13:00-a qədər və 16:00-dan 20:00-a qədər Salyan yolunun 14-cü km-dən Bibiheybət məscidinə qədər nəqliyyatın hərəkəti tam məhdudla...
Hadisələr
Hər iki şəxs iyulun 22-də tutulub Bakucity.az xəbər verir ki, Bakıda avtomobil oğurlayan şəxs saxlanılıb. Paytaxtın Binəqədi və Nəsimi rayon Polis idarələrinin əməkdaşları onu izləyərək Şabran ərazisində ələ keçiriblər. Məlumata görə, iyulun 18-dən 19-na keçən gecə Mir Cəlal küçəsindəki 147 nömrəli evin həyətindən 1988-ci il təvəllüdlü Azər Ağayevə məxsus 99 AM 356 dövlət qeydiyyat nişanlı, “Renault” markalı avtomobil oğurlanıb. Qaçırılmış avtomobil iyulun...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb  Bakucity.az xəbər verir ki, iyulun 24-də Bakıda və Abşeron yarımadasında iyulun 24-də hava yağmursuz keçəcək. Mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz...
Cəmiyyət
İstehsal sexinin fəaliyyəti məhdudlaşdırılıb Bakucity.az xəbər verir ki, Bakının Xətai rayonu, R.Bağırov 24 ünvanında fəaliyyət göstərən, Rövşən Mikayılov Əvsəl oğluna məxsus “Əvsəloğlu” şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb. Qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərən şirniyyat sexinə ilkin baxış keçirilərkən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Baxış zamanı sanitar qovşağ...
Hadisələr
Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində ağac aşıb Bakucity.az xəbər verir ki, bu gün baş verən hadisəyə güclü külək səbəb olub. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda güclü küləklə bağlı məlumat yayıb. (Oxu.az) Bakucity.az
Hadisələr
Nəzarətçi pul verməkdən imtina edən sürücünü təhdid edib Bakucity.az xəbər verir ki, paytaxtda avtomobilini park edən sürücü ilə nəzarətçi arasında mübahisə yaranıb. Sürücü dayanacaq üçün pul ödəmək istəməyib. Nəticə tərəflər arasında narazılıq yaranıb.  “İndi uşağa deyərəm, gəlib ayağını təkərin altına qoyar. Sonra gedib xəstəxanaya çolpa daşıyacaqsan”, - deyə nəzarətçi bildirib. Həmin görüntülər sosial şəbəkələrdə yayılıb. (Baku.ws) Bakucity.az
Cəmiyyət
Bəzi çimərliklərin girişindəki qapı və şlaqbaumlar çıxarılıb Bakucity.az xəbər verir ki, Bakının müxtəlif ərazilərində çimərliklərdə qoyulan maneə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) şikayətlər daxil olub. Bununla bağlı BŞİH-nin Ticarət və Xidmət Departamenti reydlərə başlayıb. “Bir neçə gün əvvəl isə Şıx çimərliyindəki “Min bir gecə” obyektindən, Bilgəh və Türkan qəsəbəsindəki çimərlik ərazisində yerləşən obyektlərdən yenidən müraciətlər daxil...