Bakıda bir gün əvvəl nişanı olan gənc qəzada öldü - FOTO

Bakıda bir gün əvvəl nişanı olan gənc qəzada öldü - FOTO, Javid

Bir gün əvvəl nişanı olmuşdu, yol qəzasında öldü

Bakucity.az xəbər verir ki, Bakıda bir gün əvvəl nişanlanan gənc qəzada vəfat edib. Hadisə dünən gecə saatlarında şəhər şossesindən Maştağaya gedən yolda baş verib.

Belə ki, Əli Novruzov “Koroğlu” metrosundan “1 manatlıq” taksiylə Maştağa qəsəbəsinə gedirmiş. Taksi sürücüsü qəza törədib və sərnişini Əli Novruzov vəfat edib.

Ə. Novruzovun fevralın 20-də nişanı olub. O, iş yoldaşı Aytən adlı qızla nişanlanıb. Onların hər ikisi “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Bravo” marketdə işləyirmiş. (Qafqazinfo)

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər