Bakı-Quba yolunun bir hissəsi bu il yenidən qurulacaq

 Bakı-Quba yolunun bir hissəsi bu il yenidən qurulacaq

Beton yolun asfaltla əvəz olunması nəzərdə tutulmayıb. 

Bakucity.az xəbər verir ki, Bakı-Quba yolunun Şabran rayonun Gəndob kəndindən Sumqayıt şəhərinin Hacı Zeynəlabdin Tağıyev qəsəbəsinə qədər olan hissəsi bu il yenidən qurulacaq.

Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib:

“Bu yolun çəkilişində bəzi texnoloji normalara riayət olunmayıb. Digər tərəfdən isə həmin yolla ağır tonlu yük maşınlarının hərəkətinin tənzimlənməsinə nəzarətin zəif olması müəyyən qüsurlar yaradıb. Hazırda o qüsurları aradan qaldırmağa çalışırıq. Müəyyən hissələrdə isə bu il yenidənqurma işləri görəcəyik. Beton yolun asfaltla əvəz olunması nəzərdə tutulmayıb. Yolu hissə-hissə bərpa edəcəyik”, deyə o, fikrini tamamlayıb.

Bakucity.az

Yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər