Bakıda Milli Kitabxanada yeni kitab sərgisi açıldı

Bakıda Milli Kitabxanada yeni kitab sərgisi açıldı

Sərgidə “Xocalı şikəstəsi” adlı kitabının təqdimatı da olub.

Bakucity.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə fevralın 22-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisinin açılışı və Ulduz Qasımın “Xocalı şikəstəsi” adlı kitabının təqdimatı olub.

Kitabın müəllifi Ulduz Qasım çıxış edərək romanın real hadisələr əsasında yazıldığını bildirib. O, Xocalıda baş verən hadisənin hər bir azərbaycanlıya təsir etdiyini, buranın Qarabağın yaralı yeri olduğunu söyləyib.

Yazıçı-publisist Rəhilə Gülgün çıxışında kitab haqqında fikirlərini bölüşüb, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, tariximizin təbliği üçün bu əsərin əhəmiyyətli olduğunu deyib.

Sonda tədbir iştirakçıları Xocalı faciəsini özündə əks etdirən 300-dən artıq Azərbaycan və digər dillərdə nəşr olunmuş kitab və dövri mətbuat materiallarını, fotoşəkilləri əhatə edən sərgi ilə tanış olublar.

Sərgi bir həftə davam edəcək.

Bakucity.az

Xocalı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər