Bakıda tikintiyə qadağa qoyulub? - Rəsmi Açıqlama - bakucity.az

Bakıda tikintiyə qadağa qoyulub? - Rəsmi Açıqlama

Tikinti işlərinə nəzarətin artırılmasına səbəb nədir?

Bakucity.az xəbər verir ki, Bakı şəhərinin Baş Planın hazırlanmasına hazırlıq gedir, buna görə də tikinti işləri ilə bağlı nəzarət də artırılıb. Ümumilikdə, Baş Plan təsdiq edilənə qədər gedən tikinti işləri norma və meyarlar əsasında aparılmalıdır.

Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev deyib. Onun sözlərinə görə, indi də paytaxtda tikinti işləri gedir və onların dayandırılmasına ciddi əsas yoxdur.

“Sadəcə, önəmli məsələlərdən biri budur ki, şəhərsalma qanunvericiliyinin tələblərinə ciddi nəzarət olunmalıdır. Son müddətdə bir neçə islahat aparılıb, komitənin bu prosesin müxtəlif mərhələlərində müdaxilə etmək imkanı var. Buna görə də qeyd edim ki, layihələrin dəyərləndirmə mərhələsində layihəçi təşkilatın böyük məsuliyyəti var.

Çünki tikintinin harada olmasından çox şey asılıdır, landşafta uyğunluğu, texniki və təhlükəsizlik normaları olmalıdır. Əlbəttə, biz tikintiyə icazələrin sadə olmasına çalışırıq və məqsədimiz budur ki, rahat şəkildə, çox vaxt sərf etmədən bu proses yekunlaşsın”. 

A.Quliyev onu da qeyd edib ki, Bakının Baş Planının hazırlanması üçün keçirilən beynəlxalq tenderə dünyada tanınan şirkətlərin nümayəndələri öz təkliflərini veriblər. Bir neçə gündən sonra tenderin qalibinin adı açıqlanacaq, amma baş planla bağlı işlər kifayət qədər uzun bir prosesdir:

“Düzdür, işlərin bir hissəsinin görüldüyünü nəzərə alsaq, biz tez başa çatmasına çalışacağıq. Baş Planın əsasında isə komitə paytaxtın müfəssəl planını tərtib edəcək”.  (Oxu.Az)

Bakucity.az

Tikinti Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
129 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
Avropa Yay Gənclər Olimpiya Festivalında millimizin bayraqdarı müəyyənləşib Bakucity.az xəbər verir ki, İyulun 21-27-də Bakıda keçiriləcək festivalın açılış mərasimində iştirakçı ölkələrin paradı zamanı ölkəmizin üçrəngli bayrağını Hüseyn Məmmədov daşıyacaq.  “Judo Club 2012”nin üzvü yarışda Azərbaycanın cüdo yığmasının heyətində +90 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.  Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın on növü -...
Cəmiyyət
Yol polisi paytaxtda profilaktik tədbirləri davam etdirir Bakucity.az xəbər verir ki, gecə saatlarında davam edən reyd zamanı Nərimanov rayonu ərazisində 99 HJ 999 dövlət nömrə nişanlı, "Mayback" markalı avtomobil saxlanılıb. Avtomobilin sürücüsü Ramil Abdullayev təhlükəsizlik kəmərindən istifadə etmədiyi, yol nişanının tələbini pozduğu üçün yol polisi tərəfindən saxlanılıb. Söhbət zamanı inspektor sürücüdən kəskin spirt iyi gəldiyini hiss edərək tibbi müa...
Hadisələr
Xəzər rayonunda kütləvi dava baş verib Bakucity.az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzində qeydə alınıb. Belə ki, beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib. Hadisəni törədənlər Xəzər Rayon Polis İdarəsi tərəfindən axtarılır. (APA) Bakucity.az
Mədəniyyət
Ağ-qara fotolarda Xəzər sahilləri əks olunub Bakucity.az xəbər verir ki, ötən gün paytaxtda tanınmış fotoqraf Rüstəm Hüseynovun “Qum dalğaları” fotosərgisinin açılışı keçirilib.  Emin Qəhrəmanov Sənət Qalereyasında keçirilən sərgidə Rüstəm Hüseynovun yeni əsərləri nümayiş olunub.  Fotoqrafın çəkdiyi fotolarda isti yay günləridə Abşeron çimərliklərindən mənzərələr yer alıb.  Foto: Ceyhun Rəhimzadə Bakucity.az
Hadisələr
Bakıda mənzildən iki nəfərin meyiti tapılıb Bakucity.az  xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.  Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Məmmədova Esmira...
Hadisələr
Binəqədi rayonunda intihar hadisəsi olub Bakucity.az  xəbər verir ki, ötən gün gecə saatlarında Binəqədi rayonu, X.Hüseynov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Fərhad Eldar oğlu Quliyev evdə dərman içərək intihar edib. İlkin məlumatlara görə, onun intihar etməsinə səbəb nişanlısından ayrılması olub. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb. (oxu.az)...
Hadisələr
“İnstagram”da tanış olub paytaxtda oğurluqlar etdilər Bakucity.az xəbər verir ki, Maştağa qəsəbəsində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birində gecə saatlarında oğurluq hadisəsi baş verib. Sabunçu Mühafizə İdarəsinin hadisə yerinə yollanan əməkdaşları obyektin qapısının sındırıldığını görüblər. Bu vaxt həmin ərazidən “Moskviç 21 406” markalı avtomobilin uzaqlaşması polislərdə şübhə oyatdığından həmin nəqliyyat vasitəsini təqib edərək saxla...
Hadisələr
Paytaxtda qanunsuz fəaliyyət göstərən çörək sexi aşkarlanıb Bakucity.az xəbər verir ki, Qəmbərov Ələkbər Zaid oğluna məxsus sex Binəqədi rayonu, Yəhya Hüseynov küç, ev 98 ünvanında yerləşir. Qanunsuz fəaliyyət göstərən çörək sexində sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Müəyyən edilib ki, sexdə istifadə olunan xammalların mənşəyi məlum deyil, eləcə də temperatur rejimi gözlənilmədən saxlanılır, hazır məhsul...
Ekologiya
Paytaxtda iyulun 20-nə gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, g...