Bakıda “Şəhid şəhər” rəsm müsabiqəsinin yekun sərgisi açıldı

Bakıda “Şəhid şəhər” rəsm müsabiqəsinin yekun sərgisi açıldı

Sərgidə 115 rəssamın 130 işi təqdim olunub.

Bakucity.az xəbər verir ki, Xətai Sənət Mərkəzinin Xocalı soyqırımının 27-ci ildönümünə həsr etdiyi “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

Sərgidə 115 rəssamın 130 işi, həmçinin Əməkdar rəssam Rafayel Muradovun Xocalı faciəsinə həsr olunmuş əsərləri, rəssam Cəlal Ağayevin “Şəhid Şəhər” əsəri nümayiş olunur.

Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Qaliblər diplom və təşəkkürnamə ilə təltif olunublar. Sonda “Şəhid Şəhər” adlı kompozisiya təqdim edilib.

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər