Dünya şöhrətli caz musiqiçisi Bakıda konsert verəcək

Dünya şöhrətli caz musiqiçisi Bakıda konsert verəcək, Javid

Fabio Lepore konsert proqramı ilə çıxış edəcək.

Bakucity.az xəbər verir ki, 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə İtaliyanın dünya şöhrətli caz musiqiçisi, virtuoz ifaçı Fabio Lepore Bakıda konsert proqramı ilə çıxış edəcək.

“Landmark”da reallaşacaq konsertdə ifaçı hit caz nömrələri ilə yanaşı, dünya bəstəkarlarının yaradıcılığına da müraciət edəcək. İtaliyanın ən maraqlı musiqiçilərindən biri olan Fabio Lepore ilk dəfə doğma dilində ifa etdiyi ənənəvi caz musiqisi - vokal caz janrının qızıl dövrünün dəyərli əsərləri ilə diqqətləri cəlb etməyi bacarıb. Onun ifası nəyinki cazsevərləri, həm də ənənəvi musiqilərdə orijinallığı və xüsusiliyi axtaran dinləyicilərin ruhunu oxşayır.

O, London Caz Festivalı, Boston Yaşıl Festival, Dubay Caz Festivalı, Blue Bay Caz Festivalı kimi bir çox beynəlxalq festival və tədbirlərdə iştirak edib.

Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.

Bakucity.az

Fabio Lepore Bakıda
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər