Bakıda Xalq rəssamının əsərləri sərgilənəcək

Bakıda Xalq rəssamının əsərləri sərgilənəcək, Javid

Müasir İncəsənət Muzeyində  un əsərləri sərgilənəcək

Bakucity.az xəbər verir ki, fevralın 27-də Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisi açılacaq.

Müasir İncəsənət Muzeyində təşkil olunacaq sərgidə rəssamın 50-dən çox sənədli-bədii qrafika əsərləri nümayiş olunacaq. Bu sərgidə nümayiş etdirilən əsərlərin özünəməxsusluğu ondadır ki, əsərlərin adları yoxdur. Qrafik əsərlərin üzərində yazılan mətn isə əks etdirilən hadisələri və şəxsiyyətləri təsvir edir. Xalq rəssamının “I Pyotrun məktubu”, “Türkmənçay müqaviləsi”, “Güllələnmiş heykəllər”, “Qarabağ müharibəsi”, “Pənahəli xan”, “Xalq musiqiçiləri” kimi əsərlərdə tarixi həqiqətlərin rəssam təxəyyülü ilə uğurlu qovşağından ərsəyə gətirdiyi təsvirləri kifayət qədər cəlbedici və yaddaqalandır. Sərginin bütün əsərləri qravüra şəklində işlənilib. Tarixi həqiqətlər rəssamın incə təxəyyülü vasitəsilə əsərlərində əks etdirilir. Ağ-qara qrafika vizual təsirə malikdir. Sərgi bütövlükdə tarixi faktlar əsasında qurulub və maarifləndirici xarakter daşıyır. Hər bir Azərbaycan vətəndaşı öz tarixini bilməlidir. Çünki Qarabağ – bizim torpağımız, bizim tariximizdir.

Bakucity.az

Müasir İncəsənət Muzeyi Arif Hüseynov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər