Bakıda sərxoş kişi qadını yandırdı

Bakıda sərxoş kişi qadını yandırdı, Javid

Hadisə zamanı kişi və qadın bərk sərxoş olublar

Bakucity.az xəbər verir ki, bu barədə Xətai rayon Polis Şöbəsindən bildirilib.

Hadisə fevralın 21-də saat 19:40 radələrində Nobel prospektində yerləşən evlərdən birində baş verib. Qabil adlı şəxs 41 yaşlı Rübabə Nuriyevanın üzərinə kerosin tökərək yandırıb. Baş, boyun və əl nahiyələrindən yanıq travması alan qadın xəstəxanaya yerləşdirilib. Onun ölüm təhlükəsinin olmadığı qeyd edilir. 

İnsidentdən sonra qaçıb gizlənən kişi fevralın 22-də Xətai Rayon 37 saylı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxsin yaralı qadının dostu, Bakı sakini, 33 yaşlı Tağıyev Qabil İskəndər oğlu olduğu müəyyənləşib. Hər iki şəxsin insident zamanı güclü içkinin təsirində olduqları məlum olub. Bundan başqa, Tağıyev hadisəni xatırlamadığını da söyləyib.

Faktla bağlı cinayət işi açılıb.  (“Sputnik Azərbaycan”)

Bakucity.az

Hadisə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər