Bakıda bıçaqlanma hadisəsi baş verib
Bakucity.az xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Belə ki, 19 yaşlı Günel Hüseynova atası, 49 yaşlı İlham Hüseynovu ailə-məişət münaqişəsi zəminində bıçaqlayıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. (ona.az)
Bakucity.az