Gürcüstan Prezidenti Bakıya gələcək

Gürcüstan Prezidenti Bakıya gələcək, Javid

 Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gələcək.

Bakucity.az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

İkigünlük səfər zamanı S.Zurabişvili ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, bu, onun ölkə Prezidenti seçilməsindən sonra ilk regional səfəridir. (Salome)

Bakucity.az

Salome Zurabişvili
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər