Bakıda yüksək vəzifələrə kadr təyinatları oldu

Bakıda yüksək vəzifələrə kadr təyinatları oldu, Javid

Bəzi məmurlar vəzifələrindən azad olunub

Bakucity.az xəbər verir ki, qurumun Xırdalan Elektrik Şəbəkəsinin rəisi Neymət Qasımov tutduğu vəzifədən azad edilib.

N.Qasımovun yerinə Maştağa Elektrik şəbəkəsinin rəisi Şahin Qədimov təyin edilib. Məlumata görə, N.Qasımov vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün işdən kənarlaşdırılıb.

Bundan əlavə, “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) rəisi Əbülfət Paşayev də vəzifəsindən azad edilərək qurumun Tədris Mərkəzinə gətirilib.

Ə.Paşayevin yerinə isə Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Mehman Mehdiyev təyin edilib.

"Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a hər iki təyinatı təsdiq edib. (Report)

Bakucity.az

Təyinat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər