Davor Şuker Bakı Olimpiya Stadionunu nümunə göstərdi

Davor Şuker Bakı Olimpiya Stadionunu nümunə göstərdi

Əfsanəvi futbolçu Bakı stadionunu Xorvatiya hökumətinə nümunə göstərib

“Qarşıda Avropa çempionatının seçmə mərhələsi var. Ən güclü komanda bizdə olsa da, qrupumuzdakı digər ölkələr daha yaxşı stadionlara malikdirlər”.

Bakucity.az  xəbər verir ki, bunu “Jutarnji List”ə müsahibəsində Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker deyib. 51 yaşlı funksioner dövlət və yerli icra hakimiyyəti nümayəndələrini martın 24-də AVRO-2020-nin seçmə mərhələsində Budapeştdəki “Qroupama Arena”da keçiriləcək Macarıstan – Xorvatiya oyununu izləməyə və həmin stadiondan örnək götürməyə səsləyib. Əfsanəvi futbolçu Bakı Olimpiya Stadionunu da nümunə göstərib: “Uelsin Kardiffdəki arena da daxil olmaqla, bir neçə əla stadionu var. Azərbaycan AVRO-2020-ni möhtəşəm Bakı Olimpiya Stadionunda qəbul edəcək. Slovakiyalılar yaxın günlərdə Bratislavada gözəl stadionun açılışını edəcəklər. Qonşumuz Macarıstan isə “Qroupama Arena” və bir neçə birinci səviyyəli idman qurğuları inşa edib. Xorvatiya millisinin öz nəticələrinə uyğun stadiona layiq olduğundan əminəm. Ona görə də dövlət və yerli icra hakimiyyəti nümayəndələrini bizimlə Budapeştdəki oyuna getməyə, orada macarlardan bu arenanı necə maliyyələşdirdiklərini və inşa etdiklərini öyrənməyə çağırıram”.

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq. Yığma Xorvatiya ilə martın 21-də səfərdə, sentyabrın 9-da isə evdə qarşılaşacaq. (Report)

Bakucity.az

Bakı Olimpiya Stadionu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər