Nazir açıqlama verib
Bakucity.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial müavinətlər üzrə artımların əhaliyə aprelin 1-dən veriləcəyini deyib:
“Qanun layihələri parlamentə təqdim ediləcək. Bu il aprelin 1-dən sosial müavinətlər üzrə artımlar əhaliyə veriləcək”.
S. Babayev bildirib ki, son sərəncam 576 min 842 insanı əhatə edir: “Bu məqsədlər üçün illik 399 milyon 843 min manat, cari ilin 9 ayında isə 302 min 134 manat ayrılacaq”. (ONA)
Bakucity.az