Tamaşa Beynəlxalq Qadınlar gününə həsr ediləcək.
Bakucity.az xəbər verir ki, martın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək.
Tamaşa 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunacaq.
Əsas rollarda balet truppasının aparıcı solistləri Ayan Eyvazova, əməkdar artistlər Makar Ferştandt və Samir Səmədov çıxış edəcəklər.
Tamaşanın dirijoru Azərbaycanın əməkdar artisti Əyyub Quliyevdir.
Bakucity.az