“Tofiq Tağızadə - 100” sənədli filmi nümayiş olunacaq.
Bakucity.az xəbər verir ki, Tədbir Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə martın 1-də Muzey Mərkəzində görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə tədbir keçiriləcək.
Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından danışılacaq, mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.
Eyni zamanda, “ARB Aranfilm” yaradıcılıq mərkəzinin istehsalı olan, rejissor Yeganə Əbdülməmmədovanın “Tofiq Tağızadə - 100” sənədli filmi nümayiş olunacaq.
Bakucity.az