Bakının 3 rayonunda “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

 Bakının 3 rayonunda “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Yarmarka martın 15-dən etibarən bir həftə ərzində baş tutacaq.

Bakucity.az xəbər verir ki, Novruz bayramı ərəfəsində Bakının Səbail, Nərimanov və Nizami rayonları ərazisində kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkası təşkil ediləcək. 

Məlumatı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mayis Musayev verib.

Onun sözlərinə görə, yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının  ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır: “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əldə edilmiş razılığa əsasən, yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək. Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılacaq. Məhsulların qiymətləri isə tələb-təklif əsasında müəyyən ediləcək və fermerlərin özü tərəfindən təyin ediləcək. Yarmarkada 110 fermerin iştirak etməsi nəzərdə tutulub”.

Mayis Musayev bildirib ki, fermerlər yarmarkada tam ödənişsiz iştirak edə biləcəklər, qeydiyyat martın 7-də başa çatacaq.

Bakucity.az

Yarmarka
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər