Ticarət mərkəzinin ərazisində güclü yanğın
Bakucity.az xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Bakucity.az