Bakıda Xocalı soyqırımı bir dəqiqəlik sükutla anılacaq

Bakıda Xocalı soyqırımı bir dəqiqəlik sükutla anılacaq, Javid

Diplomatik nümayəndəliklərində dövlət bayraqları endiriləcək.

Bakucity.az xəbər verir ki, bu gün Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Bakı vaxtilə saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılacaq, avtomobillər siqnal, gəmilər, metro və yerüstü qatarlar fit verəcəklər.

Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endiriləcək.

Bakucity.az

Xocalı soyqırımı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər