Bu səhər Bakı metrosunda ciddi sıxlıq yaranıb

Bu səhər Bakı metrosunda ciddi sıxlıq yaranıb, Javid

Səhər saatlarından Bakı metrosunda ciddi sıxlıq müşahidə olunub. 

Bakucity.az xəbər verir ki, metronun “Dərnəgül” və “İçərişəhər” stansiyaları istiqamətində hərəkət edən qatarlarda ləngimələr də olub. Bundan başqa, qatarlar platformalarda 4-5 dəqiqə intervalında yubanıblar. 

Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metrodakı sıxlığa səbəb Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar yolların bağlanmasıdır. O, qeyd edib ki, qatarların intervalında gecikmə olmayıb, sadəcə olaraq sərnişin çoxluğu qatarları platformada yubadıb. 

Qeyd edək ki, bu gün səhər 7-dən etibarən Bakıda əsas yollar bağlanıb, 14 marşrut xəttinin (1,2,4,5,8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət istiqaməti dəyişdirilib. 

Bakucity.az

Bakı metropoliteni
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər