Bakıda kütləvi davada qan töküldü

Bakıda kütləvi davada qan töküldü

Bir dəstə adamla əlbəyaxa olan gənc bıçaqlandı

Bakucity.az xəbər verir ki, "Gənclər şəhərciyində" kütləvi dava zamanı gənc bıçaqlanıb

Abşeron rayonunda 5 nəfər arasında düşən dava zamanı 1 nəfər bıçaqlanıb.

Hadisə Xırdalan şəhərində yerləşən "Abşeron gənclər şəhərciyində" baş verib.

Hadisə zamanı 1993-cü il təvəllüdlü Paşayev Rəşad Əli oğlu bərbərxanada tanımadığı şəxslə mübahisə edib. Bundan sonra R.Paşayev çölə çağırılaraq daha 4 nəfər ilə əlbəyaxa dava edib. Dava zamanı onun bədənin müxtəlif nahiyyələrinə 2 bıçaq zərbəsi vurulub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Həkimlərin ONA-ya verdiyi məlumata görə, R.Paşayev cərrahi əməliyyat olunub. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. (ONA)

Bakucity.az

kütləvi dava
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər