Bakı Tədris və İnkişaf Mərkəzində Xocalı qurbanları anıldı - FOTO

Şahidlərin ağrılı-acılı xatirələrində Xocalı soyqırımı 

Bakucity.az xəbər verir ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə Bakı Tədris və İnkişaf Mərkəzində dəhşətli faciənin iştirakçıları ilə tədbir keçirilib. Bunu AQSİA-nın Sosial İş Komissiyasının rəhbəri Gülnarə Xəlilova deyib. Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Möcüzəvi şəkildə ölümdən xilas olan Xocalı şahidləri Ceyran Əzizova və Fiqurə Rüstəmova yaşadıqları bütün dəhşətlər barədə danışıblar. Xocalı əvvəlcə dörd tərəfdən erməni qoşunları tərəfindən mühasirəyə alınıb, bundan sonra şəhər artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəşə tutulub, şəhərdə qısa müddət ərzində yanğın baş verib, şəhər tamamilə alova bürünüb. Xocalı bir gecəyə yerlə-yeksan edilib. Məqsədləri ancaq dinc əhaliyə qarşı qırğın törətmək olan erməni silahlıları heç nə qarşısında dayanmayıblar. Şəhəri tərk etmək məcburiyyətində qalan yerli sakinlər dağ və meşələrə qaçıblar. Silahlanmış ermənilər hər yerdə dinc əhalini güllələyiblər, onlara amansızlıqla divan tutublar. Bununla da soyuq, qarlı fevral gecəsində çoxlu qoca, qadın və uşaq əsir düşüb, girov götürülüb və amansız zorakılığa və təhqirlərə, çox əzablı ölümə məruz qalıb. Nə qədər insan erməni silahından meşə və dağlara qaçsa da onların əksəri soyuq və şaxtadan ölüb... Bu, əsl soyqırımdır.

Çıxış edənlər Gülnarə Xəlilova və mərkəzin rəhbəri Leyla Həsənova qeyd ediblər ki, Xocalı faciəsi erməni millətçiləri və işğalçılarının Azərbaycan xalqına qarşı 200 ildən artıq müddət ərzində apardığı etnik təmizlik və soyqırım siyasətinin qanlı səhifəsidir. Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, həm də bütün bəşəriyyət tarixində ən qanlı hadisə kimi yadda qalacaq. Ermənistanın Azərbaycana qarşı davam edən aqressiyası dövründə törətdiyi hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayət və soyqırım öz hüquqi qiymətini və layiqli cəzasını tapmalıdır. Erməni vəhşilikləri haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalı üçün ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin müstəsna rolu qeyd olunub.

Qeyd edək ki, Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ətraf yeddi rayon – Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Tərəflər 1994-cü ilin mayında atəşkəs rejiminə nail olublar, indiyədək ATƏT-in Minsk qrupunun himayəsi altında və Rusiya, Fransa, ABŞ-ın həmsədrliyi ilə hələlik uğursuz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik ərazilərin azad edilməsi üzrə dörd qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir. 

Bakucity.az 

Qadın Sahibkarlığının İnkişafi Assosiasiyası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
22 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Qatarlar yeni cədvəl üzrə hərəkət edəcək Azərbaycanda sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar olaraq 8 dekabr 2019-cu il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-dən BakuCity.az-a verilən məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq sürət qatarının yolda olma müddədti 55 dəqiqə, B...
Ekologiya
Mülayim külək əsəcək İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 8-də axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperatu...
Mədəniyyət
2000-dən çox  yeni ağac əkilib Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın  bir gün ərzində 650 min ağacın əkilməsi bağlı təşəbbüsünə uygun olaraq Azərbaycanın hər yerində olduğu kimi Bakıda da geniş miqyaslı ağacəkmə kampaniyaları təşkil olunb. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Bakucity.az-a verilən məlumata görə, aksiyanın əsas məqsədi şairin  dünya ə...
Cəmiyyət
Maarifləndirici materiallar da paylanılıb Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə əməkdaşlığı ilə 6 dekabr 2019-cu il tarixdə Dənizkənarı Milli Parkda “Hərəkətdə ol!” sağlamlıq yürüşü keçirilib. BakuCity.az xəbər verir ki, yürüşün təşkilində əsas məqsəd əhalini bir çox xəstəliklərin əsas risk faktoru olan fiziki passivlikdən uzaq o...
Cəmiyyət
Maşının təkərləri yerdən üzülüb Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan daha bir avtomobil kameralara düşüb. BakuCity.az News24.az-a istinadla xəbər verir ki, Heydər lıiyev prospektində - ASK Arena stadionunun qarşısında “Toyota Prado” markalı, 99 AG 835 nömrə nişanlı avtomobilin sürücüsü qadağan edilmiş yerdə zolağı dəyişmək istəyib. Bu məqsədlə o ayırıcı zolağın üstünə çıxıb. Lakin ayırıcı sədd hündür olduğundan maşının təkərləri yerdən üzülü...
Hadisələr
Dişi sınıb Bakıda döyülmə hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonu S.Əsgərova küçəsi, 77 ünvanında yerləşən “Ləziz” kafesində qeydə alınıb. Hacıyev Səbuhi Səxavət oğlu kafedə tanıdığı şəxslə mühabisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı Azər adlı şəxs S.Hacıyevin sifət nahiyəsinə yumruqla vuraraq onun dişini sındırıb. Həmçinin oxu: Bakıda “ayıq sürücü” 60 yaşlı müştərini xəs...
Cəmiyyət
Səsiniz olmasa belə, sevdiyiniz xarici və yerli mahnıları zümzümə edin Bakıda təxminən 2000-ci illərdə peyda olmağa başlayan karaoke-klublar hazırda əksər paytaxt sakini, xüsusilə də gənclər üçün ən sevimli musiqili-əyləncəli məkandır. Yapon dilindən tərcümədə “kara - boş, oke - orkestr” – yəni “boş orkestr” mənasını verən karaokedən insanlar bir növ öz streslərini atmaq, istedadlarını göstərmək, özlərini sanki səhnədə hiss etmək üçün istifadə edirlər. Bu...
Siyasət
"Faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır, siz kimə abidə qoymusunuz?" Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyanın bu gün Bakıda keçirilən Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında "Fəxri xiy...
Cəmiyyət
5 yarmarka fəaliyyət göstərəcək Kənd Təsərrüfatı Nazirliyi dekabrın 21-dən 30-dək, yəni 10 gün müddətində “Kənddən şəhərə” bayram yarmarkaları təşkil edəcək. BakuCity.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev bildirib. M.Musayevin sözlərinə görə, bayram yarmarkalarının keçiriləcəyi ünvanların sayı artırılıb: “İndiyədək 4 yarmarka fəaliyyət göstəri...