Bakıda iş adamı həbs edildi

Bakıda iş adamı həbs edildi

Biznesmen 1 milyon manatlıq maxinasiyada ittiham olunur

Bakucity.az xəbər verir ki, Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan şirkət rəhbəri həbs edilib.

1 milyon manatlıq dələduzluqda təqsirli bilinən "Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov bir müddət əvvəl saxlanılıb. Cinayət işi üzrə 16 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

İttihama görə, A.Qədirov inşa etdiyi yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıb. (ONA)

Bakucity.az 

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər