Vergilər Nazirliyi “Keşlə”də yoxlama aparır

Vergilər Nazirliyi “Keşlə”də yoxlama aparır

 Klubun maddi problemləri mövcuddur

Bakucity.az xəbər verir ki, çempionatda bərbad mövsüm keçirən “Keşlə”də daxili vəziyyət də ürəkaçan deyil. Klubun maddi problemləri mövcuddur. 

Məhz bu səbəbdən transferlərdə daha az ödənişli futbolçulara üstünlük verilib. Lakin problemlər bununla bitmir. 

Əldə etdiyimiz digər məlumata görə, Vergilər Nazirliyi də klubun apardığı maliyyə əməliyyatlarını yoxlayır, klub rəhbərliyindən xərclənən pulların hesabatları soruşulur. 

Bundan başqa, transferlərə gedən pulların da hamısının hesabatları tələb edilir. Hazırda nazirlik yoxlamaları davam edir. (Qafqazinfo)

Bakucity.az

Keşlə FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər