Türkiyə vətəndaşı Bakıda 80 yaşlı piyadanı vuraraq öldürüb

Türkiyə vətəndaşı Bakıda 80 yaşlı piyadanı vuraraq öldürüb, Javid

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb. Türkiyə vətəndaşı, 1958-ci il təvəllüdlü İbrahim Tayat Fehmi oğlu idarə etdiyi “İsizu” markalı, 90 JN 116 dövlət nömrə nişanlı yük avtomobili ilə yolu keçmək istəyən piyada, 1939-cu il təvəllüdlü Aydın Abbas oğlu Abdullayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər