Əcnəbilərin Bakıda təhsil almaq qaydaları dəyişdi

Vətəndaşların xaricdə təhsil alma imkanları genişləndirilib

Bakucity.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları"nda dəyişiklik edilib.

Qaydalara edilən yeni əlavəyə əsasən, Azərbaycan vətəndaşları xaricdə dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında da təhsil ala biləcəklər.

İndiyədək isə Azərbaycan vətəndaşlarının xaricdə təhsili dövlət proqramları çərçivəsində və beynəlxalq müqavilələr əsasında, Azərbaycanın hüquqi şəxslərinin, xarici ölkələrin və onların təhsil müəssisələrinin, qeyri-hökumət və xeyriyyə təşkilatlarının ayırdıqları təqaüd (tələbələrin təhsil almaları ilə əlaqədar təhsil haqqı, yataqxana, yaşayış xərci və digər xərclərin qarşılanması) və qrantlar əsasında, təhsil müəssisələrinin xarici ölkələrin təhsil müəssisələri ilə bağladığı müqavilələr əsasında, xarici ölkələrin dövlət qurumlarının ayırdıqları kvotalar əsasında həyata keçirilib.

Bununla yanaşı, qaydalara edilən yeni dəyişikliyə uyğun olaraq, “Təhsil haqqında” qanuna əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.

Qaydaların əvvəlki variantına görə isə Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə uyğun olaraq, ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura səviyyələrinə və elmi müəssisə və təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.

Bakucity.az

xaricdə təhsil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
10 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
Baş məşqçilərlə müqavilə dayandırıldı Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. BakuCity.az xəbər verir ki, aparılmış müzakirələr nəticəsində bir sıra qərarlar qəbul olunub. Belə ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmmədlə müqaviləyə xitam verilib. Komandanın baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün təkliflərin hazırlanması AFFA-nın Məşqçilər Kom...
Ekologiya
Çiskin olacaq Şənbə günü Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, dekabrın 14-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8, gündüz 9-11 dərəcə isti ol...
Cəmiyyət
"Bakı Metropoliteni" QSC hansı tədbirləri görür? Bakı metrosunda sərnişin sıxlığı çox olan stansiyalarda vaqonların dayanma müddəti 30, digər stansiyalarda isə 20 saniyədir. Günün pik saatlarında isə sərnişinlərin vaqonlardan çıxıb daxil olması üçün 30 saniyə kifayət etmir – düşənlər olsa da, minmək istəyənlərə vaxt çatmır və maşinist qapıları bağlayır. Bu vəziyyət isə sərnişinlərin narazılığına səbəb olur, həmçinin növbəti qatarı daha çox sərnişinin gözlə...
Siyasət
Zahir Əzəmət artıq imzatoplama kampaniyasına başlayır Tanınmış yazar, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət (Rəhimov) növbədənkənar parlament seçkilərində iştirak edəcək. BakuCity.az xəbər verir ki, baş redaktor 45 saylı Abşeron seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb. Bu barədə Zahir Əzəmət özü məlumat verib: "Prosesə ilk qoşulanlardan biriyəm. Bu gün imza vərəqələrini götürərək imzatoplama kampaniyasına başlayacağıq. Artıq...
Cəmiyyət
Yanğın ümumilikdə 21 min kv.m sahəni əhatə edib Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev "EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla yenidən görüşüb. BakuCity.az "Report"a istinadla xəbər verir ki, hazırda "EuroHome” ticarət mərkəzinin sahibi ilə yanğından zərərçəkən sahibkarlar arasında təkrar görüş keçirilib. Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə...
Hadisələr
Mağazadan spirtli içki oğurlayıblar Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin şəxsiyyətləri və hadisənin təfərrüatı məlum olub. BakuCity.az “Report”a istinadən məlumat verir ki, polis tərəfindən saxlanılan şəxslər - Yevlax rayon sakini Yasin Abdullayev və Mahmud Məmmədovdur. Məlum olub ki, hər iki şəxs ötən gecə paytaxtın Nizami küçəsində yerləşən marketlərdən birindən spirtli içki oğurlayan zaman mağazanın işçiləri tərəfindən saxlanılıb. Onlar...
Cəmiyyət
114 789 ədəd markalı pirotexniki vasitə aşkar olunub Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkəmizin gömrük ərazisinə qanunsuz yolla külli miqdarda pirotexniki vasitənin gətirilməsi barədə məlumat daxil olub. Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BakuCity.az-a verilən məlumata görə, külli miqdarda pirotexniki vasitənin Azərbaycan vətəndaşı İlqar Məmmədov tərəfindən əldə edilməsi, Bakı şəhərinin Nizam...
Cəmiyyət
Təxminən iki həftə əvvəl ölüb Bakıda evdən meyit tapılıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə ötən gün paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini, 1946-cı il təvəllüdlü Latkina İrina İvanovnanın çürümüş meyiti mənzilində aşkarlanıb. Meyit qonşuların kəskin qoxu hiss etməsindən sonra müəyyən olunub. Araşdırma zamanı İ.Latkinanın təxminən iki həftə əvvəl vəfat etdiyi məlum olub. Həmçinin oxu: Bakıda evdən çürümüş qadın meyiti t...
Cəmiyyət
Sürücü son anda xilas oldu Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.  BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb.  Belə ki, evakuatorun üzərində olan dəmir parçası sürüşərək, arxadan gələn “Hyundai” markalı avtomobilin ön şüşəsindən girib. Daha sonra dəmir parçası minik maşınının sükanını qırıb, sürücü hadisədən son anda xilas ola bilib. BakuCity.az