Macarıstanlı direktor Bakıda təftiş aparacaq

Macarıstanlı direktor Bakıda təftiş aparacaq

Qonaq beynəlxalq Qran-Pri yarışına hazırlıq prosesini yaxından izləyəcək.

Bakucity.az xəbər verir ki, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) cüdo üzrə idman direktoru Yanoş Tardoş Bakıdadır.

Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, macar mütəxəssisin Bakıya gəlməkdə məqsədi paytaxtda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışına hazırlıq prosesini yaxından izləməkdir.

IBSA rəsmisi yarışın keçiriləcəyi Heydər Əliyev İdman-Konsert Kompleksindəki hazırlıq prosesləri ilə tanış olacaq. Həmçinin idmançıların tibbi təsnifatı üçün görülən işlər təftiş ediləcək.

Paracüdo üzrə Qran-Pri turniri 13-14 may tarixlərində gerçəkləşəcək.

Bakucity.az

Qran-Pri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər