Gənclər Bakı filarmoniyasında konsert verəcək

Gənclər Bakı filarmoniyasında konsert verəcək

Konsert martın 1-də “Gənclərə dəstək” layihəsi çərçivəsində gerçəkləşəcək.

Bakucity.az xəbər verir ki, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq konserti Mustafa Mehmandarovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Konsertdə gənc ifaçılar - Aydan Salamova (violin), Natəvan Həsənli (qanun), Arslan Növrəsli (tar) tərəfindən tanınmış gənc və klassik bəstəkarların əsərləri səsləndiriləcək.

“Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə reallaşan layihə çərçivəsində hər il mütəmadi olaraq konsert proqramları keçirilir.

Bakucity.az

“Gənclərə dəstək”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər