Bakıda teatrsevərlər “Balaca Şahzadə”yə iki dəfə baxacaq

Bakıda teatrsevərlər “Balaca Şahzadə”yə iki dəfə baxacaq

Tamaşanın qeyri-adi səhnə tərtibatı var. 

Bakucity.az xəbər verir ki, martın 1-də  Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa Azərbaycan Dövlət Musiqili Teatrında ikinci dəfə təqdim olunacaq.

Tamaşanın qeyri-adi səhnə tərtibatı var. Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları isə Bakı Media Mərkəzinə məxsusdur.

Balaca şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru Atilla Məmmədov və Rahib Məmmədzadə oynayacaq.

Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Rauf Babayev, Emil Heydərov, İbrahim Əlizadə ifa edəcək.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.

Bakucity.az

Balaca Şahzadə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər